Polis narkotikin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib
- Paytaxtda polis narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
- Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
- Bildirilib ki, Nərimanov, Yasamal və Suraxanı rayonları ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.
- Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən G.Saqiyev, N.Rzayev, Ş.Qasımov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Qurbanov və S.Cəfərov müəyyən olunaraq saxlanılıblar.
- Onlardan ümumilikdə 20 kiloqrama yaxın müxtəlif adda narkotik maddələr və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.
- Faktlarla bağlı araşdırma aparılır.
11:22 21.01.2025
Oxunuş sayı: 358