Hadisə

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan xalqının azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Şəkidə də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.


Crossmedia.az xəbər verir ki, faciənin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.


Anım mərasimində iştirak edənlər vurğulayıblar ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, iradəsi qırılmayıb. Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Qanlı Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir.


Ümumxalq Hüzn Günü ilə əlaqədar saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


19:19 20.01.2025

Oxunuş sayı: 1002

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR