Sumqayıtda 20 Yanvarla əlaqədar anım mərasimi keçirilib - FOTO

- Sumqayıtda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
- Crossmedia.az Sumqayıt İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar şəhər ictimaiyyəti Şəhidlər xiyabanını ziyarət edib.
- Saat 12:00-da şəhərdə bir dəqiqəlik sükut olub və Azərbaycan şəhidlərinin ruhu yad edilib.
- Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini və şəhidlərin məzarlarını ziyarət ediblər.
- Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olub, şəhidlərin məzarlarını ziyarət ediblər.
- 1990-cı ilin yanvar hadisələri zamanı Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.
- Xatırladaq ki, sovet ordusuna məxsus zirehli texnika alimlər işdən Bakıya qayıdan zaman onların olduğu avtomobilini əzərək üstündən keçmişdir. Hadisə nəticəsində hər üç alimimiz amansızcasına qətlə yetirilib.
16:33 20.01.2025
Oxunuş sayı: 4312