Texnologiya

"iPhone 17 Air"-in görüntüləri yayımlandı: "Apple"-ın digər cihazları ilə müqayisə

"MacRumors" portalı rekord dərəcədə incə olan "iPhone 17 Air"-in rəsmi görüntülərini yayımlayıb və bu modeli "Apple"-ın mövcud smartfon və planşetləri ilə müqayisə edib.

Məlumata görə, "iPhone 17 Air" bazardakı ən nazik smartfonlardan biri olacaq. Onun qalınlığının təxminən 5,5 mm olacağı gözlənilir ki, bu da onu "Apple"-ın ən nazik smartfonu edəcək. Hazırda bu göstərici ilə lider "iPhone 6"-dır; 2014-cü ildə buraxılan cihazın qalınlığı 6,9 mm-dir.

5,5 mm qalınlıq, "iPhone 16"-nın qalınlığından (7,8 mm) təxminən 30%, "iPhone 16 Pro"-nun qalınlığından isə (8,25 mm) 33% azdır. Beləliklə, "iPhone 17 Air"-in qalınlığı keçən il buraxılmış 12,9 düymlük "iPad Pro"-ya yaxın olacaq. Bu planşet "Apple"-ın indiyə qədərki ən nazik cihazıdır və onun qalınlığı cəmi 5,1 mm təşkil edir.

"Apple" inanır ki, bu qədər incə dizayn, populyarlıq baxımından "iPhone mini" və "Plus" modellərini ötüb keçə bilər. Xatırladaq ki, şirkət 5,4 düymlük "iPhone mini" istehsalını dayandıraraq onu "iPhone Plus" ilə əvəz etmişdi. Gözlənilir ki, "iPhone 17 Air" "iPhone 16 Plus"-un yerini alacaq.

"iPhone 17 Air"-in əsas texniki xüsusiyyətlərinə 6,6 düymlük ekran, "Apple A19" prosessoru, "Apple"-ın öz modemi, stereosəsin olmaması, fiziki SIM kart dəstəyi və mmWave 5G dəstəyinin xaric edilməsi daxildir.

"iPhone 17" seriyasının təqdimatı 2025-ci ilin sentyabrında gözlənilir.

Emil Bağızadə 

20:45 18.01.2025

Oxunuş sayı: 555

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR