Texnologiya

"Hyundai Mobis" yeni holoqrafik ekranla diqqət çəkib

Avtomobillərdə istifadə olunan baş üstü ekranlar (HUD) son illərdə daha da populyarlaşır. Lakin "Hyundai Mobis" CES 2025 sərgisində təqdim etdiyi yeni holoqrafik ön şüşə ekranı (HWD) ilə bu texnologiyanı yeni səviyyəyə qaldırır.

Ənənəvi HUD-lardan fərqli olaraq, "Hyundai Mobis"in holoqrafik ekranı göstərici panelinin altında yerləşdirilən proyektor və ön şüşəyə inteqrasiya edilmiş xüsusi optik filmdən ibarətdir. Şirkətin məlumatına görə, bu film yalnız qarşıdan baxıldıqda görüntünü əks etdirir, yan tərəflərdən isə adi şüşə kimi görünür. Bu həll daha parlaq və rəngli görüntülər təqdim edir.

"Kia EV9" demo avtomobilində bu texnologiya sürücü üçün iki, sərnişin üçün isə bir ekranla sınaqdan keçirilib. Sürücü ekranları sürət, məsafə və xəritə kimi məlumatları əks etdirir, sərnişin ekranı isə video izləməyə və oyun oynamağa imkan yaradır.

CES 2025 sərgisində "BMW" də Panoramic iDrive texnologiyası ilə bu sahədə rəqabətə qatılıb. Lakin "BMW"-nin texnologiyası fərqli prinsip üzərində işləyir. "BMW" bu sistemi tezliklə təqdim edəcəyini bildirsə də, "Hyundai Mobis"in yeni texnologiyası 2027-ci ildə istifadəyə veriləcək.

Emil Bağızadə

13:30 11.01.2025

Oxunuş sayı: 4183

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR