Ağıllı üzük bazarına yeni qatqı: "Viv Ring" təqdim edilib
"Oura Ring" və "Samsung Galaxy Ring"in uğurundan sonra ağıllı üzük bazarı genişlənməkdə davam edir. CES 2025 çərçivəsində "Viv Health" şirkəti tərəfindən təqdim edilən "Viv Ring" yuxu rejimini yaxşılaşdırmaq məqsədilə hazırlanıb. Qurğu yalnız biometrik məlumatlar təqdim etmir, həm də fərdi yuxu səsləri yaradaraq yeni bir təcrübə təklif edir.
"Viv Ring" ürək ritmi, stress səviyyəsi, qan oksigeni, aktivlik və yuxu izləmə kimi əsas funksiyaları yerinə yetirir. Əldə etdiyi biometrik məlumatlara əsaslanaraq, süni intellekt dəstəyi ilə okean dalğaları, yağış və quş səsləri kimi təbii səsləri fərdiləşdirir. Şirkət bu səslərin yuxu keyfiyyətini artıracağını iddia etsə də, bu sahədə elmi nəticələr hələ də müzakirə olunur.
Pro modelinin 2025-ci ilin sonunda təqdim ediləcəyi bildirilir. Bu model qan təzyiqi və atrial fibrilasiya (AFib) izlənməsi kimi funksiyalarla daha müasir texnologiyalar təqdim edəcək.
Emil Bağızadə
12:32 11.01.2025
Oxunuş sayı: 3848