Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə yüksək nəticə göstərib
Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu ali təhsil müəssisələrini əhatə edən beynəlxalq reytinqdə yüksək nəticə göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə universitetin "QS World University Rankings: Sustainability 2027" reytinqindəki nəticələrinə dair məlumatda bildirilib.
Noyabrın 17-də beynəlxalq reytinq təşkilatı "Quacquarelli Symonds" (QS) tərəfindən açıqlanan nəticələrə əsasən, Qərbi Kaspi Universiteti dünya üzrə 950-ci, Asiya üzrə 331-ci, Qərbi Asiya üzrə isə 74-cü yeri tutub.
Universitet, həmçinin "Bilik mübadiləsi" (Knowledge Exchange) və "Təhsilin təsiri" (Impact of Education) göstəriciləri üzrə Azərbaycan ali təhsil müəssisələri arasında birinci yerə yüksəlib.
Qeyd edək ki, QS Sustainability reytinqi dünya universitetlərinin fəaliyyətini 50-dən çox göstərici əsasında qiymətləndirir.
Qiymətləndirmə ətraf mühitə təsir, sosial təsir və idarəetmə olmaqla üç əsas istiqaməti əhatə edir.
12:40 18.11.2026
Oxunuş sayı: 216