Qaradağ RİH başçısı Gənclər Evinin fəaliyyəti ilə tanış olub
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Qaradağ Gənclər Evini ziyarət edərək müəssisənin fəaliyyəti və gənclər üçün yaradılmış şəraitlə tanış olub.
Crossmedia.az xəbər verir ki, səfər noyabrın 16-da baş tutub.
Görüş zamanı Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova müəssisədə həyata keçirilən layihələr və gənclərin inkişafına yönəlmiş fəaliyyətlər barədə məlumat verib.
Bildirilib ki, Gənclər Evində müxtəlif təlimlər, maarifləndirici tədbirlər və sosial təşəbbüslər həyata keçirilir.
Eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fərdi inkişafının dəstəklənməsi və müxtəlif fəaliyyətlərə cəlb olunması istiqamətində görülən işlər haqqında məlumat təqdim edilib.
13:19 17.11.2026
Oxunuş sayı: 112