İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə ümumilikdə 49 kiloqram 950 qram narkotik vasitənin və 3000 ədəd psixotrop tərkibli həbin keçirilməsinin qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazilərində həyata keçirilib.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki ayrı fakt üzrə 39 kiloqram 700 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkarlanıb.
"Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
11:33 17.11.2026
Oxunuş sayı: 130