Bəhreyndə təhlükəsizliklə bağlı xəbərdarlıq edilib
Bəhreynin Daxili İşlər Nazirliyi ölkədə mümkün təhlükə ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə məlumat yayıb.
Nazirlik vətəndaşları və ölkədə yaşayan əcnəbiləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz yerə sığınmağa və məlumatları yalnız rəsmi mənbələrdən izləməyə çağırıb.
Bildirilib ki, xəbərdarlıq ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə edilib.
Qeyd edək ki, Bəhreyn hakimiyyəti noyabrın 15-də mümkün təhlükələrlə bağlı iki ayrı xəbərdarlıq yayıb.
Xəbərdarlıqlar İranın Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə dron hücumları təşkil etdiyini iddia etdiyi dövrdə verilib.
Nazirlik mümkün təhlükənin xarakteri və konkret hədəfləri barədə əlavə məlumat açıqlamayıb.
11:16 17.11.2026
Oxunuş sayı: 99