Hadisə

Polis silah-sursat aşkarladı - faktla bağlı araşdırma başladı

Goranboyda silah-sursat aşkarlanıb.

Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 60 ədəd 7.62 kalibrli patron və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.(Report)

13:27 04.01.2025

Oxunuş sayı: 4812

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR