Kiyevdə partlayışlardan sonra yanğın başladı
Kiyevdə partlayış səsləri eşidilib, Peçersk rayonunda yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, “İctimai” nəşri “Telegram” kanalında bu barədə məlumat yayıb.
Partlayışlar Ukrayna paytaxtında hava hücumu xəbərdarlığı elan edildiyi vaxt baş verib. Partlayışların dəqiq sayı açıqlanmayıb.
Hadisə nəticəsində hansı infrastruktur obyektlərinin zərər gördüyü hələlik məlum deyil. Kiyevin Peçersk rayonunda yanğın baş verdiyi bildirilib.
Qeyd edək ki, oktyabrın 4-də səhər saatlarında Rusiya hərbçilərinin Kiyevdə Dnepr çayı üzərindən keçən Şimal körpüsünə zərbə endirdiyi açıqlanmışdı. Bu barədə şəhər meri Vitali Kliçko məlumat vermiş, daha sonra Rusiya Müdafiə Nazirliyi xəbəri təsdiqləmişdi.
22:30 05.10.2026
Oxunuş sayı: 58