Qara dənizdə gəmi PUA hücumuna məruz qalıb
Türkiyəyə məxsus, taxıl yükü daşıyan “Royad Mammadov” adlı kommersiya gəmisinə Rumıniya sahilləri yaxınlığında, Qara dənizdə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Rumıniya hakimiyyətinin məlumatına görə, hadisə nəticəsində gəminin 11 ekipaj üzvü xilas edilib, iki nəfər isə həyatını itirib.
Hücumun hansı tərəf tərəfindən həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.
18:41 05.10.2026
Oxunuş sayı: 53