Çar Samuilin qalıqları 60 ildən sonra Sofiyaya qaytarılıb
Orta əsr Bolqarıstan hökmdarı Çar Samuilin qalıqları 60 il Yunanıstanda qaldıqdan sonra hərbi təyyarələrin müşayiəti ilə Sofiyaya gətirilib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Samuilin tabutu rəsmi mərasimlə Sofiyadakı Müqəddəs Sofiya kilsəsinə aparılıb. Burada insanlar onun qarşısında ehtiramlarını bildirmək üçün növbəyə düzülüblər.
Bizans imperiyası ilə müharibə aparan Samuil 1014-cü ildə vəfat edib. Onun qalıqları 60 il əvvəl Yunanıstan sərhədi yaxınlığında aşkarlanıb. Bundan sonra Bolqarıstan qalıqların ölkəyə qaytarılması üçün Yunanıstanla uzun illər danışıqlar aparıb.
Qalıqların qaytarılması Bolqarıstan və Yunanıstan mədəniyyət nazirləri arasında bu həftə əldə olunan razılaşmadan sonra baş tutub.
Razılaşmaya əsasən, Bolqarıstan Birinci Dünya müharibəsi zamanı Yunanıstandakı monastırlardan götürülmüş dini əsərləri Yunanıstana qaytaracaq.
02:33 06.10.2026
Oxunuş sayı: 54