Tokayev Putinə təşəkkür edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan qazaxıstanlı hərbçilərlə bağlı başsağlığına görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, “Interfax-Kazakhstan” bu barədə məlumat yayıb.
Tokayev bildirib ki, ölkə üçün ağır olan bu vaxtda Rusiya liderinin səmimi həmrəyliyini və başsağlığını Qazaxıstan xüsusilə yüksək qiymətləndirir.
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizində keçirilən hərbi-dəniz təlimləri zamanı hərbçilərin ölümü ilə nəticələnən hadisə baş verib.
Qazaxıstanın rəsmi məlumatına görə, hadisə zamanı hərbi qulluqçuların olduğu qayıq əlverişsiz hava şəraiti və güclü külək səbəbindən dənizə açılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Sentyabrın 25-i Qazaxıstanda ümummilli matəm günü elan edilib.
14:42 25.09.2026
Oxunuş sayı: 41