Pezeşkian: Çindəki pullarımıza çıxışımız yoxdur
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Çindəki vəsaitlərinə çıxışının olmadığını və həmin pulların bloklandığını bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian bunu “Fox News”a müsahibəsində Çinin İrana neft müqabilində ödəniş edib-etmədiyi və bunun İranın müharibəni maliyyələşdirməsinə səbəb olub-olmadığı barədə suala cavabında deyib.
İran Prezidenti bildirib ki, Tehranın Çindəki vəsaitlərini ölkədən çıxarmaq imkanı yoxdur.
“Biz hətta mal tədarük etdiyimiz ölkədəki öz vəsaitlərimizi çıxara bilmirik, başqa bir yerdə kiməsə ödəniş etmək üçün həmin vəsaitlərdən istifadə etməyimizdən danışmaq belə mümkün deyil”, - Pezeşkian deyib.
O, bu vəziyyətin İrana qarşı irəli sürülən bəzi ittihamları əsaslandırmaq üçün istifadə edildiyini də bildirib.
Pezeşkianın sözlərinə görə, İran iqtisadi çətinliklərlə üzləşsə də, ölkəsi müharibəni davam etdirmək istəmir və problemlərin diplomatik yolla həllinə hazırdır.
14:39 25.09.2026
Oxunuş sayı: 38