Meta süni intellekt agentləri ilə yeni texnologiya mərhələsinə keçdi
Meta şirkəti yeni məhsullarını təqdim edərək süni intellekt agentlərini texnologiya ekosisteminin əsas hissəsinə çevirmək istiqamətində yeni addım atıb.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
Şirkətin “Meta Connect” tədbirində çıxış edən Mark Zukerberq kamerasız ağıllı eynəkdən açarlıq ölçüsündə süni intellekt cihazına qədər bir sıra yeni məhsulları təqdim edib.
Tədbirdə “Muse” adlı süni intellekt agenti xüsusi diqqət çəkib. Agent istifadəçinin adından alış-veriş edə, tətbiqləri işlədə və müxtəlif tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.
Meta bu texnologiya ilə süni intellekt agentlərinin şirkətin məhsul və xidmətlərindən istifadə prosesində daha aktiv rol oynamasını hədəfləyir.
03:45 25.09.2026
Oxunuş sayı: 48