Qaçaq Nəbinin kötücəsi iddialara cavab verdi – polisə müraciət etmişəm
Son günlər özünü Qaçaq Nəbinin kötücəsi kimi təqdim edən Həcər Əkbərovanın mediaya müsahibəsi sosial şəbəkələrdə gündəm olub. Bir çox insan qeyd edir ki, Qaçaq Nəbinin övladı olmayıb. Qaçaq Nəbi öldükdən sonra Həcər yenidən evlənib və ikinci həyat yoldaşından olan övladlarının kötücələridir hazırda danışanlar. Hətta bir izləyici xüsusi bir post yazmış, və həmin qadının Qaçaq Nəbinin kötücəsi olmadığını qeyd etmişdi.
Mövzu ilə bağlı Qaçaq Nəbinin kötücəsi Həcər Əkbərova Crossmedia.az-a açıqlama verib:
“O paylaşımı gördüm, şərh bölməsini bağlayıblar, hətta məni də bloklayıblar ki, mən görməyim. Əgər deyilənlər həqiqəti əks etdirirsə, açıq şəkildə bildirsinlər. Çox insan çox şey deyə bilər. Ola bilsin ki, o, qarşı tərəfin sifarişli şəkildə verdiyi yazıdır. Çünki bununla bağlı mənə bildirmişdilər. Mən məlumatlarımı artıq hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Yəqin ki, varisi kimi tanındığım üçün müraciət edə bilirəm. Çünki əgər hələ bir şey olmasaydı, mənim şikayət etmək kimi hüququm da olmazdı. Mən lazım olan məlumatları aidiyyəti qurumlara vermişəm. Sadəcə, indi prosesin araşdırma mərhələsində olduğuna görə mediaya çox açıq şəkildə bildirmirəm. Yazının kim tərəfindən, əslində nə üçün yazıldığını da bilirəm. Ona görə bundan belə mənə düşən öhdəlik hüquqi baxımdan, məsələni hüquqi çərçivədə həll etməkdir”.
Ayhan
15:30 22.08.2026
Oxunuş sayı: 52