“Qırmızı Körpü”də rekord növbə – Yüzlərlə yük maşını gözləyir
Avqustun 21-də Azərbaycanın dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 1, “Samur” gömrük postunda isə 134 yük nəqliyyat vasitəsi növbədədir.
Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda növbədə olan yük nəqliyyat vasitələrinin sayı 7, “Qırmızı Körpü” gömrük postunda isə 700-dür.
İranla sərhəddə yerləşən “Biləsuvar” gömrük postunda növbə qeydə alınmayıb. “Astara” gömrük postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir.
16:11 21.08.2026
Oxunuş sayı: 46