Birinci Qarabağ müharibəsinin İTKİN ŞƏHİDİ dəfn olunub - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılov dəfn edilib.
Crossmedia.az xəbər verir ki, onun nəşi Astanlı kənd qəbiristanlığının Şəhidlər cərgəsində torpağa tapşırılıb.
12:06
Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılovla vida mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi doğulduğu Astanlı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçalanın Astanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 25-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.(Report)
12:37 21.08.2026
Oxunuş sayı: 229