Qusarda yol qəzası CAN ALDI
Qusarda avtomobil piyadanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Bədirqala kəndi ərazisində qeydə alınıb.
Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
09:16 19.08.2026
Oxunuş sayı: 57