Tokayev müdafiə rəhbərliyini dəyişdi – 3 general vəzifədən getdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifəsindən azad edib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kanış Abubakirov, eləcə də müdafiə nazirinin müavini Almaz Cumakeyev vəzifələrindən azad ediliblər.
Bundan əlavə, Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbekov da tutduğu vəzifədən çıxarılıb.
Sentyabrın 27-də Tokayev Xəzərdə keçirilən təlimlər zamanı baş verən hadisədən sonra Dauren Kosanovu müdafiə naziri vəzifəsindən azad etmişdi.
Sentyabrın 24-də Qazaxıstan hərbçiləri Xəzər sahilində təlim-döyüş tapşırığı yerinə yetirərkən 17 hərbçini dənizə aparmışdı. Rəsmi məlumata görə, onlardan üçü xilas edilib. Tokayev hadisənin bütün hallarının araşdırılması üçün hökumət komissiyasının yaradılmasını tapşırmışdı.
16:31 03.10.2026
Oxunuş sayı: 44