42 yaşlı Yuliya Peresild yaş qorxusundan danışdı
Rusiyalı aktrisa Yuliya Peresild yaşı və 40 yaş həddinə münasibəti barədə danışıb.
Crossmedia.az xəbər verir ki, aktrisa “Hello” nəşrinə müsahibəsində hazırda 42 yaşında olduğunu və uzun müddətdir özünü bu qədər xoşbəxt hiss etmədiyini deyib.
Peresild etiraf edib ki, 40 yaşına yaxınlaşarkən bu mərhələ ilə bağlı müəyyən narahatlıq keçirib. Lakin həmin yaş həddinə çatdıqdan sonra gözlədiyi kimi ciddi dəyişiklik hiss etmədiyini bildirib.
“Mən qorxurdum. Amma özüm bu həddə çatanda heç bir qlobal dəyişiklik hiss etmədim. İndi 42 yaşım var və uzun müddətdir özümü bu qədər xoşbəxt hiss etmirdim”, – deyə aktrisa qeyd edib.
Qeyd edək ki, Yuliya Peresild sentyabr ayında 17 yaşlı qızı ilə birlikdə “Calzedonia” brendinin reklam çəkilişində iştirak edib.
14:34 03.10.2026
Oxunuş sayı: 50