İlon Mask və Şivon Zilis ayrıldı
Neuralink şirkətinin top-meneceri Şivon Zilis amerikalı sahibkar İlon Maskla münasibətlərinin başa çatdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Zilis sosial şəbəkə hesabında Maskı çox sevdiyini və onun həyatına böyük məna qatdığını bildirib. O, bu ayrılığın özü üçün böyük itki olduğunu qeyd edib.
Neuralink rəhbəri buna baxmayaraq, Maskla münasibətlərini yaxşı dostlar və övladlarının valideynləri kimi davam etdirməyə ümid etdiyini deyib.
Zilis paylaşımında Mask üçün darıxacağını da bildirib. O, dörd övladlarının olduğunu və hazırda ən böyük təsəllisinin onların yanında olması olduğunu vurğulayıb.
Top-menecer paylaşımına Maskla yazışmasının ekran görüntüsünü də əlavə edib. Ekran görüntüsünə əsasən, Mask hələ ötən həftə Zilisə sevgisini ifadə edib.
16:39 03.10.2026
Oxunuş sayı: 50