Ramzan Kadırov ordu generalı rütbəsi aldı
Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı paqonları və tünd qırmızı beret təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Zolotov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ona Kadırova növbəti ali hərbi rütbə — ordu generalı rütbəsinin verilməsi barədə fərmanı çatdırmağı tapşırıb.
Rusiya Milli Qvardiyasının rəhbərinin sözlərinə görə, xüsusi təyinatlı bölmələrdə tünd qırmızı beretin təqdim olunması ayrıca ənənə kimi formalaşıb.
O qeyd edib ki, Kadırova bu beretin verilməsi onun xüsusi təyinatlı bölmələrin və ümumilikdə Milli Qvardiya qüvvələrinin inkişafındakı xidmətlərinin qiymətləndirilməsi kimi təqdim olunub.
Xatırladaq ki, Kadırov daha əvvəl Rusiyanın sement sənayesinin inkişafına xüsusi töhfəyə görə də mükafatlandırılmışdı.
14:02 03.10.2026
Oxunuş sayı: 50