Şimali Koreya strateji raketlərin buraxılışı üzrə təlim keçirib
Şimali Koreya oktyabrın 3-də səhər saatlarında orta mənzilli strateji raketlərin buraxılışı üzrə hərbi təlim keçirib.
Crossmedia.az xəbər verir ki, “KCNA” bu barədə məlumat yayıb.
Məlumata görə, raketlər Yapon dənizi istiqamətində buraxılıb.
Təlimi Şimali Koreya lideri Kim Çen In şəxsən izləyib.
Bundan əvvəl Cənubi Koreyanın “Yonhap” agentliyi Şimali Koreyanın raket buraxılışları həyata keçirdiyini bildirmişdi.
16:46 03.10.2026
Oxunuş sayı: 46