Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, "Gəncə" "Ordu"nun qonağı olub.
Bakı İdman Sarayındakı qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 92:90.
Xatırladaq ki, daha əvvəl "Sabah" "LANDAU Lions"u (84:74), "Sumqayıt" NTD-ni (111:94) məğlub edib. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.
17:09 03.10.2026
Oxunuş sayı: 38