KİV: Rusiya İrana raket və PUA arsenalını artırmaq üçün partlayıcı maddələr göndərir
Rusiya İranın raket və pilotsuz uçuş aparatı arsenalını yenidən artırmasına kömək etmək üçün Xəzər dənizi vasitəsilə bu ölkəyə partlayıcı maddələr və hərbi təyinatlı komponentlər göndərir.
Crossmedia.az xəbər verir ki, “NBC News” bu barədə Avropa hökumətinin sənədinə və Qərb rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya Xəzər dənizi üzərindən İrana pilotsuz uçuş aparatları üçün komponentlər, döyüş sursatı və trotil göndərir.
Bildirilir ki, Moskvanın bu yardımı Tehranın ABŞ və İsrailin hava zərbələrindən sonra raket və PUA ehtiyatlarını yenidən artırmasına imkan verir.
“NBC News”in məlumatına əsasən, Rusiyanın İrana hərbi təyinatlı materiallar göndərməsi Moskva ilə Tehran arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini göstərir.
Qeyd edək ki, məlumat Avropa hökumətinə məxsus sənəd və adı açıqlanmayan Qərb rəsmisinin məlumatlarına əsaslanır. Rusiya və İran tərəfinin sözügedən iddialarla bağlı mövqeyi təqdim edilən məlumatda qeyd olunmayıb.
15:39 18.08.2026
Oxunuş sayı: 50