Vilayət Eyvazov İsmayıllıda qəbul keçirəcək
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Crossmedia.az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
08:43 28.12.2024
Oxunuş sayı: 4043