Ərdoğan: Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı üçün döyüşməyə hazırdır
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı qarşılıqlı müdafiə öhdəliyi götürüb.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
Ərdoğan bildirib ki, tərəflərdən birinə qarşı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Türkiyə Prezidenti ehtiyac yaranacağı təqdirdə Pakistan və Səudiyyə Ərəbistanı üçün döyüşməyə hazır olduqlarını vurğulayıb.
Ərdoğan həmçinin Türkiyənin müharibə deyil, sülh istədiyini, lakin ölkəyə hücum ediləcəyi təqdirdə müharibədən geri çəkilməyəcəyini bildirib.
16:47 17.08.2026
Oxunuş sayı: 47