Şahbaz Şərif Trampın Məkkə sazişinə dəstəyinə görə təşəkkür edib
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkədə imzalanan sazişə verdiyi dəstəyə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, Şahbaz Şərif bu barədə “X” hesabında paylaşım edib.
Şərif Donald Trampın Məkkədə imzalanan Birgə Müdafiə Sazişinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.
“Prezident Donald Trampın Məkkədə Birgə Müdafiə Sazişinin imzalanması ilə bağlı xoş sözlərini və dəstəyini dərindən qiymətləndirirəm”, - deyə Pakistanın Baş naziri qeyd edib.
O bildirib ki, Pakistan qardaş Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə Respublikası ilə birlikdə həm öz ölkələrinin, həm də bütün regionun müdafiəsinin təmin edilməsində konstruktiv rol oynamağa davam edəcək.
16:22 17.08.2026
Oxunuş sayı: 49