CROSSMEDIA - Analitik İnformasiya Portalı

Dünya

13:58 06.08.2025

Rusiya Qərbi kapitulyasiyaya məcbur etmək isrəyir: "Bu şərtlərlə danışıqlar mümkünsüz"

410

Baş verənlərlə bağlı Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli Rusiyanın irəli sürdüyü şərtləri, Qərb dövlətlərinin qəbul etmə imkanı olmadığını bildirib: “ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması üçün böyük ehtimalla vasitəçiliyə ciddi ehtiyac yoxdur. Çünki hər iki ölkənin – həm Rusiyanın, həm də ABŞ-nin – siyasi-diplomatik kanalları bir-biri ilə təmaslar üçün açıqdır. Bunu dəfələrlə hər iki tərəf bəyan edib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov da 8 avqusta qədər Moskvaya səfər etmək niyyətindədir. Bəzi məlumatlara görə, o, artıq Rusiyadadır. Problemlərin və yaxud da ziddiyyətlərin yoluna qoyulması üçün birbaşa təmas və yaxud da amerikalı rəsmi ilə müzakirə aparıb Trampa mesajlar göndərmək imkanları mövcuddur. Belə olan halda başqa bir vasitəçiyə ehtiyac qalmamış olur. Ancaq problem ondan ibarətdir ki, Rusiya, ABŞ-nin, o cümlədən də Prezident Trampın təklif etdiyi sülh və ya atəşkəs anlaşmasına yaxın durmur. Əsas ziddiyyət məsələsi budur. Rusiya sülh anlaşması üçün elə şərtlər irəli sürür ki, bu sənəd imzalansa, bu həm Ukraynanın, həm də NATO üzvü olan Qərb dövlətlərinin bütövlükdə kapitulyasiyası anlamı daşıyar. Qərb Kremlin bu şərtlərini qəbul etmək imkanında deyil. Bu tələblər qəbuledilməzdir. Ona görə də ortada ziddiyyətlər yaranır və bu ziddiyyətləri aradan qaldırmaq hazırda bir qədər çətinləşmiş kimi görünür".

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR