İlk qatlanan iPhone-un qiyməti məlum olub
Sentyabrın 9-da keçiriləcək təqdimat ərəfəsində Tayvanın TrendForce araşdırma şirkəti Apple-ın ilk qatlanan iPhone modeli ilə bağlı gözlənilən qiymət və texniki xüsusiyyətləri açıqlayıb.
Crossmedia.az bu barədə ˝Unian˝a istinadən xəbər verir.
Məlumata görə, ABŞ-də cihazın başlanğıc qiyməti 2 099-2 299 dollar arasında olacaq. Ən bahalı versiyaların qiymətinin isə 3 000 dolları keçə biləcəyi gözlənilir. Bu halda qatlanan iPhone şirkətin tarixində ən bahalı smartfon olacaq və iPhone 17 Pro Max-ın 1 199 dollarlıq başlanğıc qiymətini əhəmiyyətli dərəcədə üstələyəcək.
Daha əvvəl yeni modelin iPhone Ultra adlandırılacağı bildirilmişdi. TrendForce-un proqnozlarına əsasən, cihaz 5,5 düymlük xarici OLED ekran, ProMotion texnologiyalı və 120 Hz yenilənmə tezliyinə malik 7,8 düymlük daxili OLED ekranla təchiz ediləcək.
Smartfonun A20 Pro çipi, 12 GB operativ yaddaş və 256 GB, 512 GB, 1 TB və 2 TB yaddaş seçimləri ilə təqdim ediləcəyi gözlənilir. Kamera sisteminə 24 meqapiksellik ön kamera, həmçinin 48 meqapiksellik əsas və ultra genişbucaqlı arxa kameraların daxil olacağı bildirilir.
Qeyd olunur ki, cihazın dəqiq adı, qiyməti və yekun texniki xüsusiyyətləri Apple-ın rəsmi təqdimatından sonra məlum olacaq.
20:10 05.09.2026
Oxunuş sayı: 48