Ronaldu Jezuşun rəhbərliyi altında millidə oynamayacaq – İddia
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldu baş məşqçi Jorje Jezuş komandaya rəhbərlik etdiyi müddətdə milli yığmaya qayıtmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Ronaldunun milliyə qayıdışı ilə bağlı vəziyyət baş məşqçinin vəzifədə qalması ilə əlaqələndirilir. Bununla belə, futbolçunun özü tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verildiyi qeyd olunmur.
22:33 20.10.2026
Oxunuş sayı: 53