Lavrov Qərbin artıq dünyada əsas söz sahibi olmayacağını bildirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin artıq dünyada əsas qərarverici qüvvə olmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Lavrovun sözlərinə görə, dünya dəyişib və Qərbin beynəlxalq proseslərdə əvvəlki kimi əsas söz sahibi olduğu dövr geridə qalıb.
Rusiya XİN rəhbəri vurğulayıb ki, qlobal siyasi proseslər başqa istiqamətdə inkişaf edir.
20:06 20.10.2026
Oxunuş sayı: 62