Əvvəl “La-Manş tankı”, indi “Assassin” – T-80-in sirli tarixçəsi
Rusiya hərbçiləri Ukraynada apardıqları hərbi əməliyyatlar zamanı modernləşdirilmiş T-80BVM tanklarından istifadə edirlər. Bildirilir ki, bu döyüş maşınları uzaq məsafədən hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Nəşrin yazdığına görə, Rusiya Müdafiə Nazirliyi T-80BVM tankının Ukrayna Silahlı Qüvvələrinin Sumı vilayətindəki anbarını və şəxsi heyətini məhv etmək üçün istifadə edildiyini açıqlayıb. Hədəfin 9 kilometr məsafədən vurulduğu bildirilib.
Materialda qeyd olunur ki, Soyuq müharibə dövründə NATO qərargahları T-80 tanklarını “La-Manş tankı” adlandırırdı. Həmin dövrdə bu tanklarla təchiz edilmiş sovet diviziyalarının 48 saat ərzində La-Manş boğazına çata biləcəyi ehtimal edilirdi. 1993-cü ildə silah sərgisində tramplindən tullanış nümayiş etdirən T-80U modeli isə “uçan tank” ləqəbini almışdı.
Hazırda “Rostex” dövlət korporasiyası T-80BVM-ni “assassin” adlandırır. Məqalədə tankın müasir döyüş şəraitində gizli hərəkət edərək dəqiq zərbələr endirmə taktikasından istifadə etdiyi vurğulanır.
22:25 20.10.2026
Oxunuş sayı: 61