Kiyevdə yeni problem: Metro tamamilə dayandırıldı
Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin kəsilməsi səbəbindən metro fəaliyyətini tamamilə dayandırıb.
Crossmedia.az xəbər verir ki, “Kiyev 24” telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, oktyabr ayında elektrik təchizatında yaranan problemlər səbəbindən Kiyev metrosunun fəaliyyəti bir neçə dəfə dayandırılıb. Şəhərin yerüstü elektrik nəqliyyatında da oxşar hallar qeydə alınıb.
Ukrayna Kommunal Xidmətlər İstehlakçıları İttifaqının rəhbəri Oleq Popenko daha əvvəl bildirmişdi ki, oktyabr ayında Kiyevdə elektrik enerjisinin gündə 14–16 saat kəsilməsini nəzərdə tutan sərt qrafiklər tətbiq oluna bilər.
Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel isə həyat şəraitinin pisləşməsi səbəbindən Kiyev sakinlərinin şəhəri tərk etməyə başladığını iddia edib.
19:10 20.10.2026
Oxunuş sayı: 60