Sərdar Cəlaloğlu: Ramiz Mehdiyevin çevriliş planını bilsəm, özüm ifşa edərdim
Vətənə xəyanətdə ittiham edilən Ramiz Mehdiyevin məhkəmə prosesi ətrafında gərginlik və siyasi müzakirələr yeni mərhələyə qədəm qoyub. Keçirilən son məhkəmə iclasında siyasi cəbhənin tanınmış simalarından olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da şahid qismində ifadə verib.
Crossmedia.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məhkəmədə şahid kimi dindirilməsinin təfərrüatlarını və Ramiz Mehdiyevin Rusiyaya bağlılığını sübut edən tarixi faktları ətraflı şərh edib:
"O, uzanmış vəziyyətdə idi, yanında mikrofon var idi. Hakim sual verirdi, o da cavab. Onu o cür gördüm. Məni məhkəməyə niyə görə çağırdılar özüm də bilmədim. Orada dedim ki, mənim Ramiz Mehdiyevin dövlət çevrilişi ilə bağlı faktım olmayıb. Nəinki fakt heç xəbərim olmayıb. Olsa idi dövlətdən əvvəl onu özüm ifşa edərdim. Mən Ramiz Mehdiyevlə bağlı 2010-cu ildə 500 səhifəlik "Totalitarizmin metamarfozası" adında bir kitab yazmışam. O, hələ Administrasiya rəhbəri idi və onun "modernizasiya" adı altında apardığı siyasətin Azərbaycan xalqının başına hansı faciələr gətirdiyini geniş şərh etmişəm."
Partiya sədri məhkəməyə təqdim etdiyi faktları və sabiq məmurun Moskva əlaqələrini diqqətə çatdırıb:
"Sonra da Ramiz Mehdiyevin Rusiya əlaqələri ilə bağlı faktları dedim. Mehdiyev bir dəfə belə bir açıqlama verdi: "biz parlamentə elə adamları buraxa bilmərik ki, gəlib bizim dostlarımızın - Rusiyanın - əleyhinə bəyanat versinlər. Bir dəfə də gəldi dedi ki, biz Azərbaycanda elita yaratmalıyıq. Mən də dedim ki, onun keçmişdə Rusiyaya bağlı olduğuna dair yüzlərlə fakt var. O, ömründə bir dəfə Türkiyəyə, Avropaya getməyib. amma hər il bir-iki dəfə Rusiyaya gedib. Mən kitabımı da hakimin qabağına qoydum, dedim elə ən böyük sübut budur".
Zeynəb Həsən
19:00 20.10.2026
Oxunuş sayı: 65