Macarıstan Aİ-də narazılıq yaratdı: Ukrayna və Moldovaya veto
Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük prosesində növbəti mərhələyə keçidini səbəb göstərmədən bloklayıb.
Crossmedia.az xəbər verir ki, “Kyiv Independent” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, oktyabrın 20-də Avropa İttifaqına üzv 27 ölkənin texniki ekspertləri iki ölkənin Avropaya inteqrasiyası ilə bağlı altı müzakirə blokundan son ikisinin açılması məsələsini müzakirə ediblər. Lakin Macarıstan bu addımın atılmasına mane olub.
Məlumata əsasən, Budapeştin qərarı Aİ-nin digər 26 üzvü arasında narazılıq yaradıb. Avropalı diplomatlar Macarıstan tərəfinin mövqeyinin səbəblərini öyrənməyə çalışsalar da, konkret izahat ala bilməyiblər. Macarıstan isə əvvəlki mövqeyinin dəyişmədiyini bildirib.
Bununla belə, Aİ nümayəndələri son iki müzakirə blokunun bu ilin dekabrında rəsmi olaraq açılmasının mümkün olduğunu bildiriblər.
Qeyd edək ki, Macarıstanın Baş naziri Peter Magyar sentyabrın 3-də hər hansı ölkənin Aİ-yə sürətləndirilmiş qaydada qəbul edilməsinin əleyhinə olduqlarını açıqlamışdı.
18:59 20.10.2026
Oxunuş sayı: 61