I Qarabağ müharibəsində itkin düşənlərin ailələri Avropa Parlamenti qarşısında aksiya keçiriblər
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin ailələri 30 ildən çox vaxt keçməsinə baxmayaraq, taleyi hələ də naməlum qalan minlərlə azərbaycanlının taleyinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Brüsseldə Avropa Parlamenti qarşısında dinc aksiya keçiriblər.
Crossmedia.az xəbər verir ki, aksiya "Qarabağ İtkin Ailələri" İctimai Birliyi tərəfindən təşkil olunub.
Təşkilatçılar itkin düşən şəxslərin fotoşəkilləri və onların adından yazılmış rəmzi məktublardan ibarət instalyasiya təqdim ediblər. Eyni zamanda, itkin şəxslərin ailələri tərəfindən təqdim edilən şəxsi əşyalar da sərgilənib.(Report)
17:52 20.10.2026
Oxunuş sayı: 145