Niderlandda dron həyəcanı: Təhlükəli məqam üzə çıxdı
Niderlandın şimalında, Eemshaven limanı və Şərqi Qroningen bölgəsində naməlum pilotsuz uçuş aparatları müşahidə edilib. Dronlarla bağlı məlumatlar ölkənin bir neçə başqa ərazisindən də daxil olub.
Crossmedia.az xəbər verir ki, Niderlandın “RTV Noord” telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, Meyden, Sxidam və Zeydbroek ərazilərində də naməlum dronlar qeydə alınıb. Polis daxil olan məlumatları yoxladığını bildirib.
Dronların göründüyü ərazilərin ortaq xüsusiyyəti orada kritik infrastruktur obyektlərinin yerləşməsidir. Eemshavendə mayeləşdirilmiş təbii qaz anbarları, məlumat mərkəzləri və elektrik stansiyaları, Zeydbroekdə isə Niderlandın qaz şəbəkəsi üçün idxal olunan təbii qazın emal edildiyi böyük azot zavodu yerləşir.
Bundan əvvəl, oktyabrın 18-də Litvanın hakimiyyət orqanları naməlum uçan obyektlə əlaqədar ölkənin mərkəzi və şimal bölgələrinin sakinlərini sığınacaqlara keçməyə çağırıb. Daha sonra Litvanın müdafiə naziri Robertas Kaunas Vilnüsün ölkənin hava məkanına daxil olan dronla bağlı araşdırmada Polşadan kömək istədiyini açıqlayıb.
Moldovada da daha əvvəl raket və pilotsuz uçuş aparatlarının düşməsi barədə məlumat verilmişdi.
19:18 20.10.2026
Oxunuş sayı: 55