Rusiya Yaponiyaya şərt qoydu – Münasibətlər necə dəyişəcək?
Rusiya Yaponiya ilə ikitərəfli münasibətlərin normallaşması üçün Tokionun Rusiyaya qarşı yönəlmiş fəaliyyətindən imtina etməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Asiya üzrə üçüncü departamentin direktoru Lyudmila Vorobyova ilə Yaponiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Kimitake Nakamura arasında keçirilən danışıqların nəticələrinə dair açıqlamasında məlumat verib.
Rusiya XİN-in bəyanatında qeyd olunub ki, Tokionun dost olmayan siyasəti səbəbindən iki ölkə arasındakı münasibətlər pisləşməkdə davam edir. Moskva münasibətlərin normallaşması üçün Rusiyaya qarşı fəaliyyətin real addımlarla dayandırılmasını və ölkənin milli təhlükəsizlik sahəsində narahatlıqlarının nəzərə alınmasını zəruri sayır.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın əvvəlində Yaponiya ilə münasibətləri mehriban qonşuluq münasibətləri kimi xarakterizə edib və onların yaxşılaşacağına ümid etdiyini bildirib. Bununla yanaşı, o, Tokionun remilitarizasiya siyasəti ilə bağlı narahatlığını ifadə edib.
22:57 20.10.2026
Oxunuş sayı: 54