Kofe içənlərə xəbərdarlıq – Son fincanı nə vaxt içmək lazımdır?
Kardioloq Markos Kayro gec saatlarda kofe içməyin gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirib. Həkim son fincan kofenin yatmazdan ən azı 6–8 saat əvvəl içilməsini tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Metropoles” nəşri məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, kofeinin orqanizmdə yarımparçalanma müddəti 5–6 saatdır. Bu o deməkdir ki, həmin müddət keçdikdən sonra belə qəbul edilən kofeinin təxminən yarısı qanda qalır və orqanizmə təsirini davam etdirə bilər.
00:36 21.10.2026
Oxunuş sayı: 53