KİV: Türkiyə S-400-ləri BƏƏ və ya Qətərə satıb
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ya Qətərə satdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin köşə yazarı Abdulqadir Səlvi yazıb.
Onun iddiasına görə, bu razılaşma qarşılığında ABŞ Ankaraya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə və Türkiyəni yenidən F-35 qırıcılarının istehsal proqramına qaytarmağa razılıq verib.
Məqalədə qeyd olunur ki, S-400 sistemlərinin satışı ilə bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
11:17 10.07.2026
Oxunuş sayı: 47