Cənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Rusiya-Ukrayna müharibəsi zamanı əsir götürülən iki Şimali Koreya əsgəri ilə bağlı yaranan fikir ayrılığı səbəbindən Ukraynadakı səfirini geri çağırmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, “Yonhap” agentliyi bu barədə məlumat yayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, hökumət Ukraynadakı səfirini Seula çağırmaq qərarı verib.
Məlumata görə, Seul ilə Kiyev arasında münasibətlərdə gərginliyə səbəb Rusiya-Ukrayna müharibəsi zamanı əsir götürülmüş iki Şimali Koreya əsgərinin Cənubi Koreyaya köçürülməsi ilə bağlı məlumatların məxfilik razılaşmasının pozulması nəticəsində ictimaiyyətə açıqlanması olub.
Nazirliyin açıqlamasında iki ölkə arasındakı problemlərin tezliklə həll ediləcəyinə ümid ifadə olunub. Həmçinin Cənubi Koreyanın Ukrayna ilə əlaqələri davam etdirəcəyi vurğulanıb.
14:03 10.10.2026
Oxunuş sayı: 62