Hərbçiləri daşıyan nəqliyyat vasitəsi partladılıb – ölənlər var
İranın Sistan və Bəluçistan əyalətinin Zahedan şəhərində hərbi qulluqçuları daşıyan nəqliyyat vasitəsinə qarşı partlayış törədilib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, hücuma görə “Xalq Mübarizləri Cəbhəsi” məsuliyyəti üzərinə götürüb.
Partlayış nəticəsində polkovnik Nüsrət Eftexari və bir neçə digər hərbi qulluqçunun öldüyü bildirilir. Ölən və yaralananların dəqiq sayı hələlik açıqlanmayıb.
Hadisə zamanı etnik bəluç sakini Abdulla Qənbərzehinin də öldüyü bildirilib.
Hadisənin digər təfərrüatları araşdırılır.
12:19 10.10.2026
Oxunuş sayı: 126