Səfir: Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə heç bir qüvvə zərər yetirə bilməz, əlaqələr daha da inkişaf edəcək
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri möhkəm təməllərə söykənir və bu münasibətləri daha da inkişaf etdirəcəyik.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın kökləri çox dərindir və bu münasibətlər dövlət başçılarından tutmuş xalqların bütün təbəqələrinə qədər eyni dərəcədə önəm daşıyır.
Səfir sosial mediada iki ölkə arasındakı münasibətləri hədəf alan spekulyasiya və dezinformasiya hallarının müşahidə olunduğunu bildirib.
Rəşad Aslanov vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə heç bir qüvvə zərər yetirə bilməz və bu əlaqələr bundan sonra da qorunaraq inkişaf etdiriləcək. (APA)
14:49 10.10.2026
Oxunuş sayı: 57