Bakı və Daşkənd II Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun keçirilməsi barədə razılığa gəliblər
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının (parlament) sədri Tənzilə Narbayeva iki dövlət arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Crossmedia.az Özbəkistan Ali Məclisi Senatının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Tanzaniyada Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində baş tutub.
Tərəflər regional əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərini nəzərdən keçiriblər. İki ölkə arasındakı münasibətlərin dövlət başçılarının etimada əsaslanan və ardıcıl dialoqu əsasında inkişaf etdiyi qeyd olunub.
Özbəkistanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, 2027-2029-cu illərdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Azərbaycan tərəfi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində koordinasiyanı davam etdirməyə və beynəlxalq platformalarda birgə təşəbbüsləri irəli sürməyə hazır olduğunu bildirib.
"Müzakirələrin yekunlarına əsasən, parlamentlərarası əməkdaşlığın yeni praktiki məzmunla zənginləşdirilməsi məqsədilə İkinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun keçirilməsi və 2027-2028-ci illər üçün birgə praktiki tədbirlər planının hazırlanması barədə razılıq əldə olunub", - məlumatda bildirilib.
16:02 10.10.2026
Oxunuş sayı: 61