Medvedçuk: NATO sammiti Avropanın təhlükəli siyasi kursa qayıtdığını göstərdi
"Digər Ukrayna" hərəkatının rəhbəri, Ukraynada fəaliyyəti qadağan olunmuş "Həyat naminə Müxalif Platforma" Partiyasının keçmiş lideri Viktor Medvedçuk NATO sammitini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Medvedçuk TASS agentliyinə açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO sammitində "hər ay 30 min rusiyalının məhv edildiyi" barədə bəyanatlarından sonra alqışlanması Avropanın "nasizm dövrünə və siyasi kannibalizmə qayıtdığını" nümayiş etdirib.
Onun sözlərinə görə, sammitdə baş verənlər Avropanın siyasi kursu ilə bağlı ciddi narahatlıq doğurur.
Qeyd edək ki, bu fikirlər Viktor Medvedçukun şəxsi mövqeyini əks etdirir və digər tərəflər tərəfindən təsdiqlənməyib.
12:54 10.07.2026
Oxunuş sayı: 48