“Sülhə çox yaxın idik, amma Tramp...” – Petr Pavel
Çexiya Prezidenti Petr Pavel ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə dizel yanacağına dair razılaşmasının Ukraynada atəşkəsə nail olmaq imkanlarını zəiflətdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Avropa Pravdası” nəşri bu barədə məlumat yayıb.
Petr Pavelin sözlərinə görə, Rusiya və Ukrayna atəşkəsə çox yaxın olsalar da, Vaşinqtonun Rusiya dizelinə tətbiq edilən məhdudiyyətləri yumşaltması danışıqlar prosesinə mənfi təsir göstərib.
“Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olunmasına çox az qalmışdı. Lakin Trampın Rusiya dizel yanacağına qoyulan məhdudiyyətləri yumşaltması Moskvaya sanksiya təzyiqindən yayınmaq imkanı verdi”, – deyə Çexiya Prezidenti bildirib.
Pavel ABŞ administrasiyasının qərarını tənqid edərək bunu yanlış addım kimi qiymətləndirib.
“Bilmirəm, bunu xəyanət adlandırmaq olarmı, amma mən bunu səhv hesab edərdim”, – deyə o vurğulayıb.
Çexiya Prezidenti hesab edir ki, Rusiya yaranmış vəziyyətdən istifadə edərək diqqətini ABŞ ilə razılaşmalara yönəldə, Ukrayna və Avropanın maraqlarını isə nəzərə almaya bilər.
Qeyd edək ki, Donald Tramp oktyabrın 9-da Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb. Bundan sonra ABŞ Rusiya dizelinin tədarükünə tətbiq edilən bəzi sanksiyaları müvəqqəti yumşaldıb.
14:04 22.10.2026
Oxunuş sayı: 46